Prezident: “44 günlük müharibə bizim şanlı tariximizdir”

Prezident: “44 günlük müharibə bizim şanlı tariximizdir”

© APA | Prezident İlham Əliyev

# 12 may 2021 15:17 (UTC +04:00)

“44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən “Xarıbülbül” festivalının açılışında deyib.

Prezident İlham Əliyev bildirib ki, 44 günlük müharibə bizim şanlı tariximizdir: “44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR