Prezident: “Azərbaycan xalqı 1993-cü ildə Ulu Öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 05 oktyabr 2021 13:05 (UTC +04:00)

“Əgər Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdriklik göstərməsəydi, Ulu Öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi. Biz o vaxt itirilmiş torpaqları nəinki bərpa edə bilərdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyi itirə bilərdik. Bu, tam həqiqətdir”.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib: “Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. Çünki bu təməli O qoydu - ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına O istiqamətləndirmişdi... O vaxt bizim pulumuz yox idi, xəzinə boş idi. Neftin satışından ilk pul gəldi, dedi ki, onu da oraya verəcəyik. Mən də bu yolla getdim. 2003-cü ildə xalq mənə etimad göstərəndə dedim ki, atamın yolu ilə gedəcəyəm”.

Prezident məcburi köçkünlər üçün görülən böyük işləri xatırladaraq deyib ki, 100-dən çox şəhərcik salınıb.

“Amma hər dəfə keçmiş köçkünlərlə görüşəndə deyirdim ki, - onlar da, əlbəttə, təşəkkürünü bildirirdilər, - bu, müvəqqətidir. Yadınızdadır, deyirdim müvəqqətidir. Torpaqlar azad olunandan sonra daha yaxşı evlər tikəcəyik. Bax, bu gün ediləcək təqdimat həmin sözlərin təsdiqidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR