Prezident bir qrup hərbi qulluqçunu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib

Prezident bir qrup hərbi qulluqçunu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib
# 24 iyun 2021 17:47 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş Silahlı Qüvvələrin 1743 hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Təltif olunanların 34-ü polkovnik, 2 nəfəri 1-ci dərəcəli kapitan, 169-u polkovnik-leytenant, 3 nəfəri isə 2-ci dərəcəli kapitandır.

Təltif olunanların siyahısı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR