Prezident: "Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb”

Prezident İlham Əliyevin Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbulu

© APA | Prezident İlham Əliyevin Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbulu

# 21 may 2021 12:55 (UTC +04:00)

“Sizin Azərbaycana gəlişinizdən əvvəl məlumatlara nəzər saldım və gördüm ki, Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edərkən deyib.

O bildirib ki, bu, həqiqətən də çoxdur: “Bu, bizim inkişafımıza kömək edib. Bu, bizə nəinki təkcə neft və qaz sənayesini inkişaf etdirməyə kömək edir, eyni zamanda, ümumi inkişafımıza kömək edir. Çünki, bu investisiya bizim büdcəmizə daxil olan və qeyri-neft sahələrinə təkrar investisiya kimi yatırdığımız gəlirlərə gətirib çıxarmışdır. Bu gün əməkdaşlıq çox fəal şəkildə davam edir. BP 30 il ərzində və ən azından bundan sonra da 30 il ərzində bizim strateji tərəfdaşımızdır, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR