Prezident: "Ermənilər tərəfindən bizə verilmiş minalanmış sahələrin xəritələrinin dəqiqliyi təqribən 25 faizdir"

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 24 sentyabr 2021 12:59 (UTC +04:00)

“Lakin daha böyük problem minalanmış sahələr problemidir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir. Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində deyib.

Prezident bildirib ki, ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil: “Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR