Prezident Ermənistanın təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanın ödənilməsi üçün 5,2 milyon manat ayırıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 06 iyul 2021 14:18 (UTC +04:00)

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 5 200 000 (beş milyon iki yüz min) manat vəsait ayrılıb.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR