Prezident həmkarlarına Azərbaycanın şəhər və kəndlərinin işğaldan əvvəl və sonrakı vəziyyəti əks olunan kitab göndərəcək

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 13 iyul 2021 16:26 (UTC +04:00)

“Xarici diplomatların və jurnalistlərin azad olunmuş ərazilərə müntəzəm səfərləri təşkil edilir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında çıxışında deyib.

Prezident bildirib ki, onlar Ermənistanın törətdiyi vəhşiliyin şahidi olublar: “Beynəlxalq media Azərbaycan xalqına məxsus mədəni və dini irsin məqsədli şəkildə dağıdılması və təhqir olunması, şəhər və kəndlərin darmadağın edilməsi faktlarını sənədləşdirib və onları işıqlandırıb.

Mən həmkarlarıma bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyəm. Kitabda Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv edilməsi öz əksini tapıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR