Prezident hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb - VİDEO - YENİLƏNİB

Prezident hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb - <span class="red_color">VİDEO - <span class="red_color">YENİLƏNİB

© APA | Prezident İlham Əliyev

# 17 iyun 2021 13:00 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, Sərəncamla 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Sərəncama əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR