Prezident İlham Əliyev AK Partiya sədrinin birinci müavinini qəbul edib - VİDEO - YENİLƏNİB

Prezident İlham Əliyev AK Partiya sədrinin birinci müavini qəbul edib

© APA | Prezident İlham Əliyev AK Partiya sədrinin birinci müavini qəbul edib

# 26 iyul 2021 20:42 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


17:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu vurğulanıb.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunulub.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR