Prezident İlham Əliyev Almaniya Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Almaniya Prezidentinə başsağlığı verib
# 17 iyul 2021 17:11 (UTC +04:00)

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə bu ölkədə baş verən daşqın nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR