Prezident İlham Əliyev Estoniyanın yeni Prezidentini təbrik edib

Prezident İlham Əliyev Estoniyanın yeni Prezidentini təbrik edib
# 09 sentyabr 2021 16:00 (UTC +04:00)

Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidenti Alar Karisi təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Karis,

Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR