Prezident İlham Əliyev Meksika dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Meksika dövlət başçısını təbrik edib

© APA | Andres Manuel Lopes Obrador

# 15 sentyabr 2021 16:10 (UTC +04:00)

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti cənab Andres Manuel Lopes Obradora təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin müstəqilliyinin 200-cü ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR