Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 16 sentyabr 2021 16:01 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən, Nazirlər Kabineti beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla, minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təklifləri əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiq edilməli, bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulan məlumat bazasına daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini və qaydasını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Həmçinin NK bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan plana uyğun olaraq Agentlik və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında tapşırıqların bölgüsünü həyata keçirsin, həmçinin planda nəzərdə tutulmayan hallarda dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında minatəmizləmə işlərinin təşkili üçün müvafiq tədbirlər görəcək, Agentliyin maddi-texniki təminatını gücləndirmək məqsədilə zəruri tədbirlər görülməsini təmin edəcək, ərazilərin minalardan və hərbi sursatdan təmizlənməsi sahəsində görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Minatəmizləmə Agentliyi minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin, habelə xarici ölkələrin müvafiq qurumlarının minatəmizləmə fəaliyyəti üzrə mövcud qüvvə və vasitələri nəzərə alınmaqla ərazilərdə minatəmizləmə fəaliyyətinin hər növbəti il üçün planlaşdırılmasına dair təkliflərini cari il dekabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblər əsasında keyfiyyətlə tamamlanmasına nəzarəti həyata keçirməli, minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının şəxsi heyətinin bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq ixtisasının artırılması ilə bağlı tədbirlər görülməsini təmin etməli, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq bu Fərmanın 1.3-cü bəndində nəzərdə tutulan məlumatlara dair elektron məlumat bazasının dörd ay müddətində formalaşdırılmasını, eləcə də onun fəaliyyətini, məlumatların mütəmadi yenilənməsini və emalını təmin etməli, tapşırıqlar bölgüsünə uyğun olaraq görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları minatəmizləmə fəaliyyətini tapşırıqlar bölgüsünə uyğun olaraq öz qüvvə və vasitələri hesabına həyata keçirməli, minatəmizləmə fəaliyyətinə cəlb edilmiş şəxsi heyətin işini bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun təşkil etməli, aşağıdakı məlumatların mütəmadi olaraq Agentliyə verilməsini təmin etməlidirlər:

3.3.1. məlumat bazasına daxil edilməsi üçün bu Fərmanın 1.3-cü bəndinə uyğun olaraq müəyyənləşdirilmiş məlumatların;

3.3.2. tapşırıqlar bölgüsünün icrası ilə bağlı məlumatların;

3.3.3. minatəmizləmə fəaliyyəti üzrə öz qüvvə və vasitələri barədə məlumatların.

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR