Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı verib

© APA | Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva

# 11 may 2021 18:48 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova başsağlığı məktubu göndəriblər.

APA-nın məlumatına görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli Rüstəm Nurqaliyeviç.

Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR