Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib - VİDEO

Prezident İlham Əliyevin Hadrut və Tuğa səfəri

© APA | Prezident İlham Əliyevin Hadrut və Tuğa səfəri

# 09 oktyabr 2021 16:24 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

APA-nın xəbərinə görə, dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR