Prezident İlham Əliyev Zəfər yolu üzərində körpünün inşası ilə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 14 iyun 2021 20:09 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olub.

APA xəbər verir ki, dövlətimizin başçısına körpünün texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq.

***

Saat 16:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısına körpünün texniki göstəriciləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR