Prezident: "Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik"

Prezident: "Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik"
# 19 avqust 2021 12:29 (UTC +04:00)

“Bizim ölkələrimizi dostluq əlaqələri birləşdirir və müstəqillik dövründə Koreya-Azərbaycan əlaqələri daim uğurla inkişaf edib. Yüksəksəviyyəli qarşılıqlı rəsmi səfərlər həyata keçirilib və siyasi əlaqələrimizin inkişafı üçün çox önəmli addımlar atılıb”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident bildirib ki, eyni zamanda, Koreya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə iştirak edirlər, müxtəlif layihələri həyata keçirirlər: “Əlbəttə, əminəm ki, gələcəkdə iqtisadi-ticari əlaqələrimizin həcmi daha da artacaq. Biz Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik. Mən artıq dəfələrlə demişdim ki, bu layihələrdə Azərbaycan üçün dost olan ölkələrin şirkətləri iştirak edəcəklər. Görüləcək işlərin həcmi çox böyükdür. Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR