Prezident Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev və Vedat Bilgin

© APA | Prezident İlham Əliyev və Vedat Bilgin

# 18 oktyabr 2021 12:11 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilgini qəbul edib.

APA xəbər verir ki, Vedat Bilgin Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunaraq, Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Görüşdə digər sahələrdə olduğu kimi, sosial çalışma sahəsində də yaxşı iş birliyinin mövcud olduğu vurğulanaraq, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub. Eyni zamanda, əmək bazarının tənzimlənməsi, Türkiyədə çalışan Azərbaycan vətəndaşlarının, Azərbaycanda çalışan Türkiyə vətəndaşlarının sosial müdafiəsi məsələlərinin müzakirəsinin də önəmi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR