Prezident: “Zəngilanda birinci özəl Türkiyə-Azərbaycan birgə investisiya layihəsinin təməlini qoyduq” - VİDEO

Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev

© APA | Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev

# 26 oktyabr 2021 20:07 (UTC +04:00)

“Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuata bəyanatında deyib.

Azərbaycan Prezidenti bildirib ki, Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi 8 ay davam edib: “8 ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşaatında Azərbaycan və Türkiyə şirkətləri iştirak edib. Yəni, bu bizim birgə uğurumuzdur. Eyni zamanda bu gün Zəngilan rayonunda birinci özəl investisiya layihəsinin də təməlini qoyduq. Bu investisiya layihəsi də Türkiyə-Azərbaycan birgə layihəsidir. Yəni bu bir daha onu göstərir ki, bütün işlərdə o cümlədən, işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq-bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR