Qarabağ iqtisadi rayonu yaradılıb - VİDEO - YENİLƏNİB

Qarabağ iqtisadi rayonu yaradılıb - VİDEO  - YENİLƏNİB

© APA | Prezident İlham Əliyev

# 07 iyul 2021 14:49 (UTC +04:00)

Qarabağ iqtisadi rayonu yaradılıb.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanında bildirilib.

Fərmana əsaən, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

Fərmanda qeyd edilib ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Qeyd edək ki, bundan əvvəl mövcud olmuş Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli və Xankəndi şəhərini əhatə edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR