Seneqalın dövlət başçısı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Seneqal Respublikasının Prezidenti Məkki Sall

© APA | Seneqal Respublikasının Prezidenti Məkki Sall

# 01 iyun 2021 15:13 (UTC +04:00)

Seneqal Respublikasının Prezidenti Məkki Sall Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına davamlı rifah və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün Sizinlə işləməyə hazır olduğumu bir daha təsdiq edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR