Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
# 24 may 2021 13:49 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Əs-səlami əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR