Silahlı Qüvvələrin 731 hərbçisi “Vətən uğrunda” medalı ilə təltif edilib

Silahlı Qüvvələrin 731 hərbçisi “Vətən uğrunda” medalı ilə təltif edilib

© APA | “Vətən uğrunda” medalı

# 24 iyun 2021 16:54 (UTC +04:00)

İyunun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunmasına dair Sərəncam imzalayıb. 

APA-nın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 731 hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif edilib. Təltif olunanların 1-i general-leytenant, 1-i general-mayor, 43 nəfəri isə polkovnikdir.

Təltif olunanların siyahısı
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR