TÜRKPA-nın Baş katibi Azərbaycan Prezidentini təbrik edib

TÜRKPA-nın Baş katibi Azərbaycan Prezidentini təbrik edib
# 27 may 2021 17:02 (UTC +04:00)

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublikanın yaradılması ilə əlamətdar olan bu şanlı tarix çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının həyatında mühüm tarixi mərhələnin başlanğıcı olmuşdur. Dövlət müstəqilliyinin bərpasından sonrakı tarixi dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin və suverenliyinin dayaqları möhkəmləndirilmiş, ölkənin beynəlxalq aləmdə layiqli yerini tutması istiqamətində mühüm addımlar atılmışdır. Bu gün ölkənin siyasi və iqtisadi qüdrətinin artırılması, mədəniyyətinin təbliği, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu, sosial rifahın yüksəldilməsi prosesləri uğurla davam etməkdədir. Əminəm ki, Zati-alinizin rəhbərliyi ilə qazanılmış şanlı Zəfər Azərbaycan xalqının həyatında yeni mərhələnin başlanğıcı, böyük uğurların bələdçisi olacaq.

TÜRKPA-nın fəaliyyətinə daim göstərdiyiniz diqqət üçün Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Sizin diqqət və dəstəyiniz türkdilli ölkələrin əməkdaşlığının inkişafına töhfə verməkdə davam edəcək.

Bu xoş fürsətdən istifadə edərək Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayır, Zati-alinizə dərin hörmət və ehtiramımı ifadə edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR