Üç ölkə prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 01 iyun 2021 17:51 (UTC +04:00)

Finlandiya Prezidenti Sauli Niinistö, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza və Maldiv Prezidenti İbrahim Məhəmməd Solih Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.

APA-nın məlumatına görə, Finlandiya Prezidentinin məktubunda deyilir:

"Zati-aliləri.

Ölkənizin müstəqilliyinin 103-cü ildönümü – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Portuqaliya Prezidenti Marselo Rebelo de Souzanın məktubunda qeyd edilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

Maldiv Prezidenti İbrahim Məhəmməd Solihin məktubunda isə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi, Azərbaycan Hökumətini və xalqını Maldiv Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR