Almaniya şirkətləri Azərbaycanın qida məhsullarının idxalında maraqlıdır

#
# 13:45
23 aprel 2021

Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") dəstəyi ilə mayın 19-da Azərbaycan, Gürcüstan, Ukrayna və Belarusun qida sənayesi şirkətləri üçün onlayn B2B iclas təşkil olunacaq.

"AHK Azərbaycan"dan "APA-Economics"ə verilən məlumata görə, görüşdə Almaniyanın qida idxalçıları şirkətləri öz imkanlarını qeyd olunan ölkələrin bazarlarında ixtisaslaşmış auditoriyaya təqdim etmək imkanı əldə edəcəklər.

Şərq tərəfdaşlığı ölkələrindən seçilmiş qida ixracatçıları ilə əməkdaşlığa dair müzakirələr aparılacaq.

İclasda emal olunan və olunmayan qida məhsulları (meyvə, tərəvəz, qoz-fındıq, quru meyvələr, ədviyyatlar və içkilər) istehsal edən şirkətlər iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR