"Azersun Holding" Şəkidə ac qalan atlara yem göndərib - FOTO

"Azersun Holding" Şəkidə ac qalan atlara yem göndərib - FOTO
# 29 aprel 2021 16:30 (UTC +04:00)

Bir neçə gün əvvəl Şəki rayonunda yerləşən Respublika Atçılıq Turizm və Atüstü milli Oyunlar mərkəzində saxlanılan atların acınacaqlı vəziyyətdə olması ilə bağlı görüntülər sosial mediada geniş əks-səda doğurub.

“Azersun Holding”dən “APA-Economics”ə verilən məlumata görə, Daşüz kəndində yerləşən mərkəzdə saxlanılan 30-a yaxın atların maliyyə sıxıntısı və yem çatışmazlığı səbəbindən aclıqdan əziyyət çəkdiyi görüntülər paylaşılırdı. Bu gün əldə etdiyimiz məlumata görə, artıq Respublika Atçılıq Turizm və Atüstü milli Oyunlar mərkəzinə “Azersun Holding” tərəfindən dəstək göstərilib. Belə ki, sözügedən şirkətlər qrupu məsələyə biganə qalmayaraq, aclıqdan əziyyət çəkən atların sığınacağına ilkin olaraq 1 ton arpa və 1 ton yonca yemləri göndərib.

Qeyd edək ki, “Azersun Holding” tərəfindən Şəki rayonu Respublika Atçılıq Turizm və Atüstü milli Oyunlar mərkəzinə edilən yem yardımı atların qida tələbatının qarşılanmasını təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR