Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb
# 07 oktyabr 2020 15:41 (UTC +04:00)

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tam dəstəkləyir.

Qurumdan "APA-Economics"ə verilən məlumata görə, Palata Ermənistanın Azərbaycana qarşı bütün hərbi hücumlarını, eləcə də münaqişə zonasından kənarda mülki şəxsləri və infrastruktur obyektlərini hədəfə almasını qınayır. Palata Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmağa və BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə çağırır.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda davam edən hərbi əməliyyatlarda şəhid olan mülki və hərbi qulluqçuların ailələrinə başsağlığı verir, yaralıların tez sağalmasını diləyir.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda qeydiyyatdan keçmiş və 60-dan çox beynəlxalq və yerli üzv şirkətin maraqlarını təmsil edən müstəqil qeyri-hökumət təşkilatıdır. Palata heç bir ictimai və ya beynəlxalq təşkilatı təmsil etmir, həmin təşkilatların bir hissəsi deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR