Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

Azərbaycan-Pakistan biznes forumu keçiriləcək
# 27 aprel 2021 14:33 (UTC +04:00)

Aprelin 29-da Pakistan Ticarət İnkişaf İdarəsinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Pakistan biznes forumu təşkil olunacaq.

Pakistanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, onlayn formatda keçiriləcək forumda iki ölkənin əczaçılıq, cərrahiyyə, aqrar, tekstil və yüngül sənaye sahəsində fəaliyyət göstərən şirkətləri təmsil olunacaq.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Pakistanla apardığı ticarət mübadiləsinin həcmi 13,2 mln. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilə müqayisədə 10% azdır. Azərbaycandan Pakistana ixracın həcmi 1,66 mln. dollar təşkil edib ki, bu da 2019-cu il ilə müqayisədə 5,3% çoxdur. İdxalın həcmi isə 11,63 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu il ilə müqayisədə 19,1% azalıb.

Nəticədə, 2020-ci ildə 9,97 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 29,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR