Azərbaycan Ulyanovsk vilayətinin əsas ticarət tərəfdaşlarının ilk beşliyinə daxil olub

Azərbaycan Ulyanovsk vilayətinin əsas ticarət tərəfdaşlarının ilk beşliyinə daxil olub
# 13 yanvar 2021 15:53 (UTC +04:00)

2020-ci ildə Azərbaycan Rusiyanın Ulyanovsk vilayətinin əsas ticarət tərəfdaşı olan ölkələrinin ilk beşliyində yer alıb.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu bölgədən son bir ildə malların çoxu Qazaxıstana, ABŞ-a, Belarusa, Azərbaycana və Almaniyaya ixrac edilib. Ümumiyyətlə, ötən il 95 ölkə Ulyanovsk vilayətinin ticarət tərəfdaşı olub.

Bölgənin 320 müəssisəsi tərəfindən 465 mln. ABŞ dolları dəyərində məhsul ixrac edilib. İstehsalçıların ümumi dövriyyəsi isə 1 mlrd. dollardan çox olub.

İxracatda qeyri-xammal və qeyri-enerji mallarının payı 95,7% təşkil edib. 2020-ci ildə ixrac olunan mallardan əsasən təyyarə və avtomobillərin ehtiyat hissələri, avtomobillər, mebel və interyer əşyaları, qida məhsulları, yüngül sənaye məhsulları, cihazlar və avadanlıqlar, tikinti materialları və s. olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR