Azərbaycan ötən ay humanitar yardım göndərməyi artırıb

Azərbaycan ötən ay humanitar yardım göndərməyi artırıb
# 21 fevral 2020 17:05 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycana 7 545,94 min ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2018-ci il ilə müqayisədə 6 322,34 min dollar və ya 6,2 dəfə artıb.

Həmçinin hesabat dövründə Azərbaycan 27,38 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım ixrac edib. Bu da illik müqayisədə 9,7 min dollar və ya 55% artımın olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR