Azərbaycan ötən il Gürcüstana 2 mln. dollarlıq fındıq ixrac edib

Azərbaycan ötən il Gürcüstana 2 mln. dollarlıq fındıq ixrac edib
# 22 yanvar 2020 15:50 (UTC +04:00)

2019-cu ildə Azərbaycan Gürcüstana 2 005,8 min ABŞ dolları dəyərində 355 ton fındıq ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, ötən il ixrac edilən məhsulun həcmi əvvəlki illə müqayisədə 48%, dəyər ifadəsində isə 38,8% azdır.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstana 3 274,8 min dollar dəyərində 683,8 ton fındıq ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR