Azərbaycan ötən il Rusiya mayonezinin əsas idxalçılarından olub

Azərbaycan ötən il Rusiya mayonezinin əsas idxalçılarından olub
# 18 sentyabr 2020 14:40 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Rusiyada mayonez istehsalının həcmi illik ifadədə 1,8% artaraq 350,7 min ton təşkil edib.

"APA-Economics"in "Agronews"a istinadən verdiyi məlumata görə, Rusiya müəssisələri tərəfindən istehsal olunan mayonez əsasən MDB ölkələrinə ixrac olunur.

2019-cu ildə Rusiya müəssisələri 35 ölkəyə ümumi dəyəri 127 mln. ABŞ dolları təşkil edən mayonez və sous ixrac edib. Belə ki, ixracın ümumi həcimdən 21%-i (26,7 mln. dollar) Qazaxıstanın, 14,3%-i (18,1 mln. dollar) Belarusun və 9,7%-i (12,3 mln. dollar) Azərbaycanın payına düşüb.

Rusiya dünyada ikinci ən böyük mayonez istehsalçısıdır və bu məhsulun ixracında dünyada 20-ci yerdədir. Dəyər baxımından dünya mayonez bazarının təqribən 63%-i 10 ölkəyə məxsusdur. Burada ABŞ-ın payı 19,3%, Rusiyanın isə 17,1% təşkil edir.

Qeyd edək ki, 2019-cu ildə dünyada 4,3 mln. ton mayonez və digər sous ixrac olunub və ixracatçıların qazancı 10,7 mlrd. dollar təşkil edib. Bu sahə üzrə 3 lider ölkə sırasında ABŞ, Çin və Almaniya olub ki, onların payı müvafiq olaraq 12,6%, 10,5% və 7,3% təşkil edib. Rusiya 1,2% bazar payı ilə 20-ci olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR