Azərbaycan qızılgül idxalını azaldıb

Azərbaycan qızılgül idxalını azaldıb
# 04 sentyabr 2020 17:46 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycana buket düzəltmək üçün yararlı və ya dekorativ məqsədlər üçün 1,7 mln. ABŞ dolları dəyərində (2,893 mln. manat) 1 996 830 ədəd kəsilmiş təzə qızılgüllər idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33,6%, həcm ifadəsində isə 32,2% azdır.

Ən çox kəsilmiş təzə qızılgül Ekvadordan idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 1 mln. dollar dəyərində 1 176 160 ədəd kəsilmiş təzə qızılgül idxal edib. İdxalda ikinci ən yüksək paya Niderland sahib olub. Bu ölkədən Azərbaycana 261,3 min dollar dəyərində 401 840 ədəd qızılgül ixrac olunub.

Bundan əlavə, Keniya və Kolumbiya da Azərbaycana əsas qızılgül ixracatçılarının siyahısında yer alır. Bu ilin birinci yarısında sözügedən ölkələr Azərbaycana müvafiq olaraq 180,4 min dollar dəyərində 163 890 ədəd və 116,6 min dollar dəyərində 118 530 ədəd kəsilmiş təzə qızılgül ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR