Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib
# 14 aprel 2021 09:32 (UTC +04:00)

Ukrayna baş nazirinin müavini Aleksey Reznikov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz "Twitter" səhifəsində yazıb.

Səfir bildirib ki, tərəflər Ukrayna ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əməkdaşlığın bütün sahələrini uzunmüddətli perspektivdə dərinləşdirmək məqsədilə bir sıra məsələləri geniş müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR