Azərbaycan yanvar-iyunda Türkiyədən 7 mln. dollar dəyərində 50 avtobus idxal edib

Azərbaycan yanvar-iyunda Türkiyədən 7 mln. dollar dəyərində 50 avtobus idxal edib
# 08 sentyabr 2020 18:02 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumi dəyəri 7,76 mln. ABŞ dolları təşkil edən 76 ədəd avtobus idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 29,9% çoxdur, miqdar ifadəsində isə 25 ədəd və ya 24,8% azdır.

Ölkəyə daxili yanma mühərriklə (dizel və ya yarımdizel) yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən 231,75 min dollar dəyərində 8 avtobus gətirilib. Bu növ avtobusların hamısı Türkiyədən idxal olunub.

Ümumiyyətlə, Azərbaycana ən çox avtobus Türkiyədən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 6,98 mln. dollar dəyərində 50 ədəd avtobus idxal edib. İdxalda ikinci ən yüksək paya Rusiya sahib olub. Bu ölkədən Azərbaycana 232,28 min dollar dəyərində 11 ədəd avtobus ixrac olunub.

Bundan əlavə, Koreya və Almaniya da Azərbaycana əsas avtobus ixracatçılarının siyahısında yer alır. Sözügedən ölkələr hesabat dövründə Azərbaycana müvafiq olaraq 433,3 min dollar dəyərində 10 ədəd və 107,32 min dollar dəyərində 5 ədəd avtobus ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR