Azərbaycana avtomobil idxalı cüzi artıb

Azərbaycana avtomobil idxalı cüzi artıb
# 16 aprel 2021 15:26 (UTC +04:00)

Bu ilin yanvar-mart ayında Azərbaycana 157 999,05 min ABŞ dolları dəyərində 15 539 avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 6,9% azalıb və 0,3% artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 132 719,74 min dollar dəyərində 14 219 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən dəyər baxımından 5,5%, say baxımından isə 1,4% azdır.

Bundan başqa, bu ilin ilk rübünə ölkəyə 16 923 min dollar dəyərində 1 249 vahid (ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 12,3%, say baxımından isə 28,5% çox) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 40 vahid (26 vahid az) 4 397.44 min dollar dəyərində (-40,6%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 31 vahid (6 vahid az) 3 958,87 min dollar dəyərində (-41,7%) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkəyə dəyəri 10 285,46 min dollar (ötən ilin yanvar-mart ayları ilə müqayisədə 18% çox) təşkil edən 1 831 vahid (265 ədəd az) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 722,11 min dollar (4,7 dəfə çox) dəyərində 17 vahid (3 vahid az) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR