Azərbaycana əczaçılıq məhsullarının idxalı martda azalıb

#
# 17:50
16 aprel 2021

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 113 198,78 min ABŞ dolları dəyərində 6 452,55 ton əczaçılıq məhsulları idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,1 %, həcmi isə 30,4% artıb.

Təkcə bu ilin mart ayında isə 32 181,49 min dollarlıq 1 295,15 ton sözügedən məhsullardan ölkəyə idxal olunub ki, bu da fevral ayı ilə müqayisədə müvafiq olaraq 17,6% və 29,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR