Azərbaycana ixrac olunan oyun konsollarının dəyəri kəskin artıb

#
# 13:04
5 sentyabr 2020

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 454,45 min ABŞ dolları dəyərində 40 010 ədəd video oyunlar üçün konsollar və avadanlıqlar idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,8 dəfə artım, həcm ifadəsində isə 10,7% azalma deməkdir.

Ən çox oyun konsolları və avadanlıqları Çindən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 432,94 min dollar dəyərində 39 817 ədəd oyun konsolları və avadanlıqları idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR