Azərbaycanda mebel istehsalçıları ilə dövlət orqanları arasında münasibətlər tənzimlənəcək

Azərbaycanda mebel istehsalçıları ilə dövlət orqanları arasında münasibətlər tənzimlənəcək
# 26 aprel 2021 14:44 (UTC +04:00)

Azərbaycanda mebel istehsalı, ixracı və digər əməliyyatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə yarana biləcək münasibətlərin tənzimlənməsi diqqətdə saxlanılacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) "APA-Economics"ə verilən məlumata görə, bu barədə "Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin və DVX-nin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilən onlayn görüşdə bildirilib.

Tədbirdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin, habelə sahə üzrə istehsal, ixrac və digər əməliyyatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə yarana biləcək münasibətlərin tənzimlənməsinin diqqətdə saxlanılacağı qeyd olunub və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.

İştirakçıların nəzərinə çatdırılıb ki, qanunvericiliyin investisiya yönümlü olması dövlətin iqtisadi siyasəti üzrə əsas prioritet istiqamətlərdən biri olduğu üçün, gələcək dövrlərdə də dövriyyənin şəffaflaşması çərçivəsində sənaye sahəsinə dövlət dəstəyinin verilməsi davam etdiriləcək.

Görüşdə mebel istehsalı və ixracı üzrə mövcud problemlər, onların həlli və sahənin inkişafı üzrə verilən təkliflər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR