Azərbaycanda sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 127 mln. manatadək güzəştli kredit verilib

Azərbaycanda sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 127 mln. manatadək güzəştli kredit verilib
# 14 yanvar 2021 17:02 (UTC +04:00)

Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin ümumi dəyəri 397 mln. manat olan 908 investisiya layihəsinin maliyyələşdrilməsinə 127 mln. manatadək güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, verilən kreditlərin reallaşdırılması 2 700-dən çox yeni iş yerinin açılmasına imkan verir.

2020-ci ildə güzəştli kreditlərin 58%-i aqrar sektorun, 42%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 79%-i regionların, 21%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

Sahibkarların güzəştli kreditləşdirilməsi bu ildə də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR