Azərbaycanda yanvar-sentyabrda 106 mindən çox yeni iş yeri açılıb, 18 minə yaxın iş yeri bağlanıb

Azərbaycanda yanvar-sentyabrda 106 mindən çox yeni iş yeri açılıb, 18 minə yaxın iş yeri bağlanıb
# 17 noyabr 2020 13:37 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 106,2 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 49,1%-i qeyri-dövlət sektorunda açılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, yeni iş yerlərinin 68,3%-i Bakı şəhərinin, 0,9%-i Naxçıvan Muxtar Respublikasının, 30,8%-i digər regionların, o cümlədən 9%-i Aran, 7,5%-i Lənkəran, 5,4%-i Gəncə-Qazax, 2,2%-i Abşeron, 2,2%-i Dağlıq Şirvan, 1,6%-i Yuxarı Qarabağ, 1,5%-i Şəki-Zaqatala, 1,2%-i Quba-Xaçmaz, 0,2%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 6%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 72,5%-i mövcud müəssisə və təşkilatlarda, 0,3%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 21,2%-i isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 35,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 21,4%-i tikinti, 10,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1%-i emal sənayesi, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 2%-i nəqliyyat və anbar təsərrüfatı, 1,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3%-i informasiya və rabitə, 10,1%-i isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2020-ci ilin doqquz ayı ərzində ölkədə 17,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 26,8%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 16,6%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 83,4%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR