Azərbaycanın ictimai iaşә dövriyyәsi avqustda koronavirusa görə üç dәfәyə yaxın azalıb

Azərbaycanın ictimai iaşә dövriyyәsi avqustda koronavirusa görə üç dәfәyə yaxın azalıb
# 15 sentyabr 2020 17:08 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında ötәn ilin eyni dövrü ilә müqayisәdә Azərbaycanda ictimai iaşә müәssisәlәrinin göstәricilәrindә azalma qeydә alınıb. Buna səbəb yeni növ koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq edilən bəzi məhdudiyyətlər olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, azalmanın әsas sәbәbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması mәqsәdilә ölkə әrazisindә ictimai iaşә obyektlәrinin fәaliyyәtinә qoyulan mәhdudiyyәtlәr, hәmçinin Azәrbaycanla qonşu dövlәtlәr arasında dövlәt sәrhәdindә mәhdudlaşdırıcı rejimin, elәcә dә dünyanın әksәr ölkәlәrindә vәtәndaşların sәfәrlәrinә müvәqqәti mәhdudiyyәtlәrin tәtbiq olunması ilә әlaqәdar ölkәyə gәlәn әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin sayında müşahidә olunan kәskin azalma (cari ilin mart, aprel, may, iyun, iyul vә avqust ayları ötәn ilin eyni ayları ilә müqayisәdә müvafiq olaraq 2,6 dәfә, 12,1 dәfә, 9,9 dәfә, 12 dәfә, 13 dәfә, 11,5 dәfә) nәticәsindә mart, aprel, may, iyun, iyul vә avqust aylarında ötәn ilin eyni ayları ilә müqayisәdә ictimai iaşә xidmәtlәrinin hәcmindә azalma müşahidә olunub.

Cari ilin avqust ayında ictimai iaşә dövriyyәsi ötәn ilin avqust ayı ilә müqayisәdә 2,9 dәfә azalıb. Nәticәdә ictimai iaşә xidmәtlәrinin hәcmi ötәn ilin yanvar-avqust ayları ilә müqayisәdә 2,1 dәfә azalaraq 463,6 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR