Azərbaycanın nəqliyyat xidmətləri üzrə qeyri-neft ixracı ötən il 1,3 mlrd. dollar təşkil edib

Azərbaycanın nəqliyyat xidmətləri üzrə qeyri-neft ixracı ötən il 1,3 mlrd. dollar təşkil edib
# 29 aprel 2021 10:11 (UTC +04:00)

2020-ci ilin yekunlarına görə, Azərbaycanın nəqliyyat xidmətləri üzrə qeyri-neft ixracı 1,3 mlrd. ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bura yük daşımaları xidməti üzrə 1,1 mlrd. ABŞ dolları, sərnişin daşımaları üzrə 36,3 mln. dollar, digər nəqliyyat xidmətləri ixracı üzrə isə 118,3 mln. dollar daxildir.

Habelə turizm xidmətləri üzrə qeyri-neft ixracı 47,4 mln. dollar, tikinti xidmətləri üzrə 28,9 mln. dollar, maliyyə xidmətləri üzrə 9 mln. dollar, digər işgüzar xidmətlər üzrə isə 542 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR