Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi kəskin artıb

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi kəskin artıb
# 13 aprel 2021 15:22 (UTC +04:00)

Ötən ilin yekunlarına görə, Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 447,1 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Milli Statistika Komitəsinin hesabatında bildirilir.

Qeyd olunur ki, bu rəqəm 2019-cu ilin göstəricisi ilə müqayisədə 139,3 mln. dollar və ya 45,2% artıb. Ümumilikdə, son 10 ildə ölkələr arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb.

"Belarus Azərbaycana əsasən dəmiryol vaqonları, kənd təsərrüfatı texnikası, traktorlar və yük maşınları, ağac emalı məhsulları, süd və ət məhsulları, dərmanlar və neft məhsulları tədarük edir. Azərbaycandan Belarusa isə neft-kimya məhsulları, spirtli içkilər (şərab), fındıq, elektrik transformatorları, şirələr, meyvə və parçalar idxal olunur", - hesabatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR