"Azərişıq": Sahibkarlar obyektlərini enerji təchizatı şəbəkəsinə elektron formada qoşa bilərlər

"Azərişıq": Sahibkarlar obyektlərini enerji təchizatı şəbəkəsinə  elektron formada qoşa bilərlər
# 09 aprel 2021 14:08 (UTC +04:00)

Sahibkarlar olduğu məkanı tərk etmədən, elektron formada obyektlərini enerji təchizat şəbəkəsinə qoşa bilərlər.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, abonentin onlayn müraciəti 20 gündən gec olmayaraq reallaşır və obyekti elektrik enerjisi ilə təmin edilir.

Bu sistem digər dövlət qurumları ilə inteqrasiyada olduğundan müraciət edən sahibkar özünə aid məlumatları ümumi bazadan götürə bilər. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları və obyektə ən yaxın Transformator Məntəqəsi avtomatik müəyyənləşir. Bununla da, sahibkar 150 kVt-a qədər tələb olunan gücü müəyyənləşdirərək qoşulma haqqını hesablayır və onlayn qaydada ödəniş edir. Elektron müraciət avtomatik icra olunur və 20 gündən gec olmayaraq sahibkarın obyekti elektrik enerjisi ilə təmin edilir.

Həmçinin COVID-19 pandemiyasının geniş yayıldığı dövrdə “Azərişıq” abonentlərin sağlamlığını da düşünərək sahibkarların evdən və ya ofisdən çıxmadan növbəsiz və heç bir təmas olmadan qeyri-yaşayış sahəsinin onlayn qaydada azerishiq.az və ya e-gov.az saytı üzərindən enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərini təmin edə bilər.

Bunun üçün video-təlimat da hazırlanıb.

Məqsəd bu sahədə vətəndaşların maarifləndirilməsi və qoşulmanın daha rahat, əlçatan olmasını təmin etməkdir.

Video-təlimat linkləri:

https://www.youtube.com/watch?v=SL0c7hlpj6s&t=10s;

https://www.youtube.com/watch?v=tmN8IGPm2pg;

https://www.youtube.com/watch?v=eIGrex3AJuk&t=4s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR