BMW çip çatışmazlığına görə iki zavodda istehsalı azaldacaq

BMW çip çatışmazlığına görə iki zavodda istehsalı azaldacaq
# 30 aprel 2021 10:25 (UTC +04:00)

Alman avtomobil istehsalçısı “Bayerische Motoren Werke AG” (BMW) qlobal avtomobil sənayesinə mənfi təsir göstərməyə davam edən qlobal çip çatışmazlığı səbəbindən Böyük Britaniya və Almaniyadakı zavodlarında istehsalın azaldacağını elan edib.

APA-Economics”“Interfax”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Dow Jones” agentliyi yayıb.

Qeyd olunur ki, Britaniyanın Oksforddakı zavodunda növbələrin sayı cümə günündən çərşənbə gününə, Almaniyanın Regensburqunda isə cümə axşamı və cümə günlərində azalacaq. Bu müəssisələrdən birincisi “Mini”, ikincisi isə BMW istehsal edir.

Qeyd edək ki, BMW keçən il başlayan və artıq “Volkswagen AG” də daxil olmaqla digər avtomobil şirkətlərini istehsalını azaltmağa və ya dayandırmağa məcbur edən qlobal mikroprosessor çatışmazlığı səbəbindən ilk dəfə istehsal həcmlərini tənzimləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR