"Bir Pəncərə" ilə qeyri-neft məhsullarının ixracı sentyabrda 2,5% azalıb

"Bir Pəncərə" ilə qeyri-neft məhsullarının ixracı sentyabrda 2,5% azalıb
# 30 sentyabr 2020 12:52 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 133,7 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8% çoxdur.

Bu ilin sentyabr ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 19 mln. dollar olub ki, bu da avqustla müqayisədə 2,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR