Böyük Britaniyada geyim qıtlığı yarana bilər

Böyük Britaniyada geyim qıtlığı yarana bilər
# 21 oktyabr 2020 17:40 (UTC +04:00)

Bu ilin yazında COVID-19 pandemiyasının birinci dalğasının tüğyan etdiyi dövrdə Böyük Britaniyada tualet kağızı və dezinfeksiyaedici maddələrin defisiti yaşanırdısa, hazırda ölkə yeni qıtlıqla üzləşə bilər.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, "Edited" analitik şirkəti Böyük Britaniyada geyimə olan tələbatın artdığını və bunun xüsusən gündəlik və idman üslubunda olan geyimlərin defisitinə gətirib çıxaracağını bildirib. Şirkətin hesablamalarına görə, bu il sözügedən üslubda ola geyimlərə tələbat illik müqayisədə 17% artacaq.

Tələbat artımının əsas səbəbi kimi, pandemiya ilə bağlı olan məhdudlaşdırıcı tədbirlər fonunda bir çox işçilərin evdən işləməyə başlaması və nəticə olaraq gündəlik və idman üslubunda olan geyimlərə üstünlük vermələri göstərilir.

Bundan başqa, gözlənilən defisiti dərinləşdirən faktorlardan biri də Böyük Britaniyanın əsas geyim tədarükçülərinin də (Banqladeş, Vyetnam, Tailand və İndoneziya) məhdudlaşmış iş rejiminə keçməsi və orada yerləşən fabriklərin Böyük Britaniyanın artan tələbatını qarşılaya bilməməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR