Fərdi sahibkar və vergi ödəyicilərinə ikinci maliyyə paketi çərçivəsində 117 mln. manatdan çox vəsait ödənilib

Fərdi sahibkar və vergi ödəyicilərinə ikinci maliyyə paketi çərçivəsində 117 mln. manatdan çox vəsait ödənilib
# 29 sentyabr 2020 17:11 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) pandemiyasından zərər çəkən sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, ikinci mərhələ çərçivəsində 237 272 muzdlu işçini əhatə edən 23 188 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata əsasən, 28 sentyabr tarixinə ikinci maliyyə paketi çərçivəsində pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 104 083,3 min manat vəsait ödənilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, ikinci mərhələ çərçivəsində 50 148 fərdi sahibkara 13 252,0 min manat maliyyə dəstəyi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR